Skip to main content


Qurban kəsəcək olanların diqqətinə

Ənəs ibn Malik radiyallahu anhunun belə dediyi rəvayət olunur: “Peyğəmbər salləllahu əleyhi və sələm ala (ağ və qaranın qarışığı) və buynuzlu iki qoçu qurban deyərək şəxsən öz əliylə kəsdi. Kəsərkən də öz ayağını onların yanlarına basıb “Bismilləh vəllahu Əkbər” dedi”. (Müslim 1966)

Cabir ibn Abdullah radiyallahu anhunun belə dediyi rəvayət olunur: “Allah Rəsulu salləllahu əleyhi və səlləmlə birlikdə Qurban bayramına şahid oldum. Xütbəsini bitirdikdən sonra minbərdən endi. Ona bir qoç gətirdilər. Allah Rəsulu  salləllahu əleyhi və səlləm onu “Bismilləh vəllahu Əkbər, həzəənni və əmmə ləmyudahhi min umməti (Allah`ın adı ilə, Allah böyükdür, bu mənim və ümmətimdən qurban kəsməyənlərin yerinə)”dedi və öz əliylə kəsdi”.  (Əbu Davud 2810, Tirmizi 1558)

2 - Qurbanı kəsərkən heyvana əziyyət verməmək.

Şəddad ibn Əvs radiyallahu anhudan belə dediyi rəvayət olunmuşdur: “Allah Rəsulu salləllahu əleyhi və səlləmdən iki şey əzbərlədim. O belə buyururdu: “Allah hər şeyə qarşı yaxşı rəftar etməyi əmr etmişdir. Bu səbəblə öldürdüyünüz zaman belə gözəlliklə öldürün. Hər hansı bir heyvan boğazlayacağınız zaman - əziyyət vermədən - boğazlayın. Hər hansı biriniz bir heyvan kəsəcəyi zaman bıçağını itiləsin ki heyvanı rahatlaşdırsın.” (Müslim 1955, Əbu Davud 2815, Nəsai4383, İbn Məcə3170, Tirmizi 1430)

3 –Qəssaba qurban ətindənvə ya dərisindən verməmək.

Əli ibn Əbu Talib radiyallahu anhunun belə dediyi rəvayət olunmuşdur: “Allah Rəsulu salləllahu əleyhi və səlləm qurbanlıq ətlərinə nəzarət etməyi, ətlərini və dərilərini sədəqə verməyi, qəssaba zəhmət haqqı olaraq bunlardan bir şey verməməyi mənə əmr etdi və belə buyurdu: “Biz o qəssabın zəhmət haqqını özümüz verərik”. (Müslim 1317, Buxari 1625, Əbu Davud 1769, İbn Məcə 3099, Əhməd 1/79-123)

4 - Qurban kəsən şəxs qurbanının dərisini sata bilməz, ancaq sədəqə verə bilər.

Allah Rəsulu salləllahu əleyhi və səlləm buyurmuşdur: “Kim qurbanının dərisini satarsa ​​onun qurban (ibadəti) yoxdur.” (əl-Əlbani “Sahihu`l-Cami” 6118)

Əli ibn Əbu Talib radiyallahu anhunun belə dediyi rəvayət olunmuşdur: “Allah Rəsulu salləllahu əleyhi və səlləm qurbanların dərilərini sədəqə verməyi mənə əmr etdi”.  (Müslim 1317, Buxari 1625, Əbu Davud 1769, İbn Məcə 3099)

5 - Qurban ətindən yemək, sədəqə vermək və saxlamaq.

Əbu Səid əl-Xudri radiyallahu anhudan belə dediyi rəvayət olunmuşdur: “Allah Rəsulu salləllahu əleyhi və səlləm (əvvəl) qurban ətini üç gündən çox saxlamağı qadağan etmişdi. Daha sonra onu yeməyimizə və saxlamağımıza icazə verdi”.

Bir gün Əbu Səidin qardaşı Qatadə ibn Numan gəlmişdi. Ona qurban ətindən hazırlanmış yemək gətirdilər. Qatadə “Peyğəmbər salləllahu əleyhi və səlləm  qurban ətini üç gündən çox saxlamağı qadağan etməmişdimi?” deyə soruşdu. Əbu Səid dedi: “Qurban ətini saxlamaq haqda yeni bir əmr gəldi. Allah Rəsulu salləllahu əleyhi və səlləm  bizə qurban ətini üç gündən artıq saxlamağı qadağan etmişdi, amma sonra onu yeməyə və saxlamağa icazə verdi”. (İbn Hibban 8596, Nəsai  4406, Əbu Yələ 997, Əhməd 3/23)

Bureydə radiyallahu anhudan belə dediyi rəvayət olunmuşdu: “Allah Rəsulu salləllahu əleyhi və səlləm buyurdu: “Burada olanlar olmayanlara çatdırsın. Sizə qurban ətlərini üç gündən artıq qaldıqda yeməyi və saxlamağı qadağan etmişdi. Artıq qurban ətlərinizi istədiyiniz qədər yeyin, başqalarına yedizdirin və saxlayın”. (Tirmizi 1546)

Rəbbim bizlərə razılığına müvafiq bir qurban ibadəti yerinə gətirməyi nəsib etsin. Amin

Tacəddin əl-Bayburdi