Skip to main content


Məsciddəki namazın üstünlüyü

Əbu Hureyrə (radıyallahu anha) -dan rəvayət edildiyinə görə Peyğəmbərimiz (sallahu aleyhi və səlləm) belə buyurmuşdur:
-Hər hansı bir şəxsin məsciddə camaatla qıldığı namaz, onun evdə və ya məsciddə qıldığı namazdan 20 qat daha çox savabdır. Belə ki, bir insan gözəl bir şəkildə dəstəmaz alıb, başqa heç bir məqsədi olmadan sadəcə namaz qılmaq üçün məscidə doğru gələrsə, məscidə girənə qədər atdığı hər addıma görə Allah qatında bir dərəcə yüksələr və bir günahı bağışlanar. Məscidə girəndə isə namaz qılmaq üçün gözlədiyi müddət ərzində, namazda ikən qazandığı savab qədər savab qazanar. Sizdən biriniz namaz qıldığı yerdən ayrılmadığı, kiməsə əziyyət etmədiyi və dəstəmazının pozulmadığı müddətdə, mələklər :
Allahım! Ona mərhəmət et!
Allahım! Onu bağışla!
Allahım! Onun tövbəsini qəbul et!   –deyə dua edərlər.”
Buxari, Salat 87, Azan 30, Büyû` 49; Müslim, Təharət 12, Məsacid 272. Əbu Davud, Salat 48; İbni Macə, Təharət 6, Məsacid 14


Açıqlamalar:
İslam dini birlik və bərabərliyi əvəzolunmaz şəkildə görmüş və bu səbəblə camaat namazına böyük önəm vermişidir. Bu səbəbdəndir ki, məsciddə digər möminlərlə qılınan camaat namazı evdə və ya iş yerində təkbaşına qılınan namaza nəzərən daha üstün tutulmuşdur. Hədisdə zikr olunduğu kimi camaatla qılınan namaza iyirmi qat (bəzi rəvayətlərdə iyirmi beş və ya iyirmi yeddi misli qədər) daha çox savab verilməsinə elə səbəb də budur.
Evdə və ya iş yerində camaatla qılınan namaz, məsciddə qılınan camaat namazı qədər dəyərli olmamaqla bərabər, təkbaşına qılınan namazdan daha dəyərlidir. İş yerində və ya bazarda qılınan namaz o qədər də məqbul görülməmişdir. Çünki orada mal satılarkən bəzi yalanlar söylənilər, insanlar aldadılar və malını satmaq arzusu, müştərini qaçırmamaq təlaşı olar. Bu səbəblə orada könül rahatlığıyla namaz qılmaq çətinləşər.
Hədisimizdə namaz qılmaq üçün məscidə gedən şəxsin “gözəl bir şəkildə” dəstəmaz alması da buyrulmuşdur. Burada "gözəlcə" ifadəsi, dəstəmaz orqanlarının təmiz bir şəkildə yuyulması və dəstəmazın sünnətlərinə əməl olunması mənasını verir. Sonra isə o “şəxsin sadəcə namaz qılmaq” məqsədi ilə məscidə gəlməsi deyilmişdir. Yəni İxlası və Niyyəti tam olmalıdır.
Evin məscidən uzaq olması, məscidə gələnədək atdığı hər addıma görə Allah qatında bir dərəcə yüksəldilməsi və bir günahının bağışlanması imkanı verir. Rasulullah (sallallahu aleyhi və səlləm) bu mövzuya belə açıqlama gətirmişdir:
“Namazına görə ən çox savab qazananlar, camaata ən uzaq yerlərdən gəzərək gələnlərdir.”
Camaatla qılınan namazı gözləmənin də ayrı bir savabı vardır. İstər məsciddə, istərsə başqa bir yerdə namaz vaxtını gözləyən insan ibadət halındadır. Məsciddə gözləyənlərin qazancı həm ibadətdəymiş kimi savab qazanmaq, həm də mələklərin duasını almaqdır. Ancaq bu əsnada bir incəliyə riayət etmək lazımdır ki, o da birinə əziyyət verməmək və dəstəmazı pozmamaqdır. Əziyyət deyərkən biri haqda qeybət etməmək, əli ilə və ya dili ilə birini incitməmək nəzərdə tutulur. Ruhani bir varlıq olan mələklər məsciddə birinin dəstəmazsız şəkildə durmasından narahat olurlar. Buna görə də məsciddə olarkən dəstəmazı pozamamaq şərti də irəli sürülmüşdür.
Belə gözəl duyğular və ixlasla Allahın rizasını qazanmaq düşüncəsiylə qılınan namazın bir çox qarşılığından biri də 20 qat savab qazanmaqdır. Bu miqdar bəzi hədislərdə 25, daha səhih olan bəzi hədislərdə isə 27 olaraq bildirilmişdir. (bk.1066-cı hədis) Dərəcələrin fərqli olmasındakı səbəb, namaz qılan kimsənin ixlasının, hiss etdiyi hüzur və xuşudan aslıdır.  Mənəvi hüzur içində qılınan namazın  digər xeyirlərindən biri də mələklərin duasını qazanmaqdır. Dua edən bu mələklər bizi qoruyan mühafizəçi mələklər olduğu kimi başqa növ mələklər də ola bilər. Mələklərin duası, onların möminlərə istiğfar etməsi, yəni bağışlanma diləməsidir. Bu halda mələklər namaz qılan şəxsə həm istiğfar, həm də dua edərlər. Allah Təalanın mələklərinin duasını qəbul edərək qulunu “bağışlaması” deməkdir. Bu hədis 1067-ci hədisdə təkrar qarşımıza çıxacaq.
Hədisdən Öyrəndiklərimiz:
1.Hər işdə olduğu kimi namaz qılarkən və ya camaatla namaza gedərkən ixlaslı olmaq və Allahın rizasını qazanmağı düşünmək lazımdır.
2.Camaatla qılınan namaz tək qılınan namazdan 27 dərəcə daha yüksəkdir.
3.Camaatla namaz qılmaq üçün məscidə getmək və orada gözləmək insana savab qazandırar.
4.Məsciddə dəstəmazsız duranlar mələkləri incitdiyi üçün, mələklərin duasından məhrum olarlar.
5.Məsciddə və ya başqa bir yerdə namaz vaxtının girməyini gözləmək savabdır.
6.İş yerində namaz qılmaq daha az savab qazandırsa da caizdir.
7.Üsuluna əməl edərək dəstəmaz alanlar böyük savab qazanar.