Skip to main content


Cavan çağlarını


Gənc yaşda keçir ibadətlə cavan çağlarını,
Qocalıb yad elə hörmətlə cavan çağlarını.
Var hədis ki, Məhşərdə 7 qrup dəstələnər,
Yalnız onlar Allahın kölgəsində kölgələnər,
Biri də budur, gənc ikən Islama üstələnər.
Yaşa sən də belə niyyətlə cavan çağlarını.
Ağlının gücünü gərək nəfsinə sən göstərəsən,
Qaynıyan dövrüdü dəhşətlə qanın gəl görəsən,
Azdırır gəncləri şeytan, nəbadə pay verəsən,
Hər ötən yarə məhəbbətlə cavan çağlarıvı.
Ən sonda ölüm şərbətindən içəndə bir qaşıq,
Bağlanır bütün əməl kitabın, ey gənc yaraşıq.
Istəyirsənsə öləndən sonra da qalsın açıq,
Həsr elə Islama də'vətlə cavan çağlarını.
Sülənib, keyf eliyib, əylənib əvvarə kimi,
Bu gedişnən gedəcəksən sən axı harə kimi?
Ömrün axırında peşman olub biçarə kimi,
Sonra xatırlama nifrətlə cavan çağlarını.
Tez solan bir gülə bənzərdi cavanlıq çiçəyi,
Tökülür bircə-bircə vaxtı çatarkən ləçəyi,
Əbədi cavan qalır amma ki, Cənnət ürəyi,
Dünyayə bağlama rəğbətlə cavan çağlarını.
Əvvəlin pisdisə cəhd eylə sonun yaxşı ola,
Vermə fürsət ki, çoxlu yük düşə çiynində sola,
Iyirmi, iyirmibeş yaşını verdinsə yola,
Qələmi al əlivə xətlə cavan çağlarını.
Qoydum Abdullah ismi ilə möhür axırda.
Özümə, gənclərə məsləhət düşür axırda,
Gözəl iman ilə öz ömrünü sür, axırda,
Düşünüb yad elə izzətlə cavan çağlarını.
Abdullah b. Rəvaha