Həya Libası
Müsəlman geyinməli təqvalı həya libası,
Uyma ki, şeytanə geyindirər riya libası.
Əhli bəşər xəlq olunubdur neçə illər qabağ,
O vaxtdan bəri hələ bir nəfər qalmıyıbdı sağ,
Hamı ölərkən aparır cəmi yeddi metrə ağ,
Geydirib Haqq Sahibi dünyayə fəna libası.
Dövrümüzün problemindən eliyirəm şikayət,
Fərqi yoxdu, cavan-yaşlı kəs olsun, əksəriyyət,
Utanmadan, fəxr edərək çöldə qala-qala övrət,
Göstərir hər bir kəsə arsızca zina libası.
Gərəkdir bədəndə bir ət parçası sağlam olsun,
O parça qəlbdir, Allahın sevgisiylə ram olsun,
Həm də ki, qəlb zənginliyi ürəklərdə tam olsun,
Nə mənası, olsa gözəl cismi və ya libası.
AbdulHayy