Skip to main content


Çıxıb getdi


Çoxsu çevirib bu dünyadan üznü çıxıb getdi,
Dünya malına yumdu iki göznü çıxıb getdi.
Dönmək arzusuyla Rəbbini hər şühəda səslər
Allah isə onlara ruzilər verərək bəslər,
Onlardır ali məqamda nemət verilən kəslər
Tutdu Rəsulullahın əsas izini çıxıb getdi.
Gəldikdə şəhadətin dəmi döyüş zamanında,
Güldü və sevindi çoxu sonda, ölüm anında,
Onlardı qalib olan həyatın imtahanında,
Qeyrətlə tutub əldə iman köznü çıxıb getdi.
Hərgahi gələ dört dənə dünya gözəli canan,
Etməz yenə heçbir şəhidi zərrə qədər heyran,
Çünki eliyib əhdi, şəhadətdir ona dərman,
Seçdi Firdovs hurilərin yüznü çıxıb getdi.
Şirk əhli səni şirkinə sövq eyliyərsə məcbur,
Rədd eylə onun şirkini, baş əymə, dayan, dik dur,
Bax gör necə, bir zamanlar şəhidlər olub məğrur,
Tək Allah üçün bükdü belni, dizni çıxıb getdi.
Üstündü şəhid ürəkdə təqvası, imanıyla,
İsbat elədi Haqqa fəda eyliyib canıyla,
Xoş halına hər bir şəhidin, qırmızı qanıyla,
Qurtardı bütün günahlardan öznü çıxıb getdi.
Abdullah, düzəlt niyyətini, nicat tap ve qurtul,
Ya Rəbb bizi də Öz qatına şəhid tək et qə'bul,
Mən istəyirəm mələk yaza dəftərimə, "bir qul,
Həsr etdi şəhidlərçün əruz vəzni, çıxıb getdi."

Abdullah Qılınc