Zülmət evi
Zindandı mömin üçün dünya adlı zülmət evi,
Amma ki, baqidir və gülüstandı Cənnət evi.
Əsərsə bu məskəndə günah adlı güclü külək,
Bir dənə canlı sağ olaraq da qalmasın gərək,
Allahı zikr edərsə rahatlıq tapacaq ürək,
Haqqı yad eyləməyən qəlb sayılır qəflət evi.
Unutma Firdovs Cənnətində ballı çayları,
Növbənöv meyvələri, huriləri, sarayları,
Belə nemətlərin bu dünyada yoxdu tayları,
Sevinmə həyatda var üç-beş otaq dövlət evi.
İmanın ipini tutub, nəfsin ipindən buraxın,
Bizə şeytandı deyən hər nə haramdırsa baxın,
Şeytanı qəlb evinə zərrəcə qoymayın yaxın,
Yoxsa ki, vəsvəsələrlə eyliyər qarət evi.
Abdullah Qılınc