Bu gecə Rəbbinə yönəl
Gəl bu gecə at qəfləti yönəl sən Rəbbinə
Etmə bütün ömrünü zay etmə əməllərini tələf
Çıxma sən bu dinə xilaf ol sahabələrə xələf
Bilki İslam bir dəryadır bu dəryanın suyu gözəl
Peyğəmbərin dəvəti haqq qalan dəvətlər nahaqdı
Bu din Cənnətə aparır bu dindən çıxmaq yasaqdı
Axirət günü mizanda İslam dini qalacaqdır
Bu din böyük bir dünyadır, bu dünyada haqqdır təməl
Tabe ol peyğəmbərinə, ibadət et Yaradana
Namazları əksiksiz qıl, zülm etmə sən bu cana
Yolumuz qəbrə aparır, fərq etməz dönsək hayana
Bu din qəlbləri oxşuyur, dinə gəl ölməzdən əvvəl
Bu Ceyhunu bir kəs bilmə bu qul günahkar bəndədir
Əbədiyyət səadəti Allahını biləndədir
Gözəl əməl gözəl əxlaq ən yüksək peyğəmbərlərdədir
Elə isə bənzə ona Rəbbinin qatında yüksəl