Skip to main content


Allah`ın dəvətçidən istəyi – Aktivlik

Dəvətçi əvvəl özünü xilas edəcək, özünü yetişdirəcəkdir. Amma bununla kifayətlənməyib, təcrübələrini başqalarına daşıyacaqdır. Qurani Kərim dəvətçilərə daim aktiv müsəlman rolunu oynamağa təşviq edir.

De ki: Heç bilənlərlə bilməyənlər bir olarmı?” (Zumər 9)

İslam, elm üzərinə bina olmuşdur. “Oxu” əmri ilə başlamış və çoxşaxəli bir oxuma üsulu ilə elmlə dəyər qazanmağı ən böyük hədəf olaraq göstərmişdir. Müsəlman dəvətçi beşikdən məzara qədər elm öyrənmə yolunda cənnətə doğru irəliləliləməlidir. Onun əsl hədəfi Uca Allah`ın rizasını qazanıb Cənnətə girmək olmalıdır. Onsuz da elm yoluna girmiş olan bir kimsə cənnət yoluna girmiş deməkdir. Buna görə mömin, davamlı elm alan, eyni zamanda davamlı elmini hərəkətə çevirən, bu elmi əyani şəkildə dəvətində göstərə bilən və bu şəkildə Rəbbi qatında dəyərini artırmağa səy göstərən kimsədir.

Onlar yaxşı işlərdə yarışar və bu işlərdə öndə gedərlər.” (Muminun 61) “Xeyirli işlərdə bir-birinizlə yarışın.” (Bəqərə 148) “O halda yarışanlar, bunun üçün (cənnət üçün) yarışsınlar.” (Mutəffifin 26)

Müsəlman, xeyrlərə qarşı doyumsuzdur, məşru yolda xeyirli işlərə qaçar. Möminlər xeyirli işlərdə bir-birlərilə yarışaraq, dünyada və axirətdə ən yaxşı yerlərə gəlmək üçün səy göstərməlidir. Bu səbəbdən İslamda “mən gələ biləcəyim yerə gəldim, bunlar mənə yetər, artıq istirahət etməliyəm” şəklində bir “pensiyaya çıxma” anlayışı yoxdur. Çünki möminin həqiqi mənada dincələcəyi yer Cənnətdir. Böyük hədəflərə doğru davamlı qaçmaq lazımdır. Buna görə, mömin üçün, xeyirli işlərdə kifayətlənmək yoxdur. Quran, yaxşı işlər görməyə tələsməyi, yaxşı işlər görməkdə yarışmağı əmr edir. Məşru yolda olması lazım olan bu səy göstərmə isə, əsla digər yarışçılara qarşı həsədə çevrilməməlidir. Çünki həsəd, atəşin odunu yediyi kimi, saleh əməlləri, yaxşılıqları yeyər bitirər.

Allah, möminlərdən, mal və canları ilə cihad edənləri, mərtəbəcə, üzrsüz olaraq yerlərində oturanlardan üstün etmişdir.” (Nisə 95)

Zəif də olsa hər mömin qiymətlidir və əsla İslam cəmiyyətindən xaric olunmaz. Necə ki, Peyğəmbərimiz salləllahu əleyhi və səlləm, müxtəlif səviyyələrdəki səhabələrini həmişə bağrına basmış, onlardan səhv edənləri xəbərdar etmiş, cəzaya layiq görülmüşsə cəzalandırmış, amma əsla onlardan heç birini kənara atmamışdır. Onun həyatında, yaxınında olan insanlardan vaz keçmək deyə bir şey olmamışdır. Dəvətçi dağıdıcı deyil cəmləşdirici, birləşdirici mühərrik rolunu oynamalıdır. Çünki Qurana görə Allah yolunda olanlar, bu yolda səy göstərənlər, bu yolda ayaqda olanlar oturanlardan çox daha xeyirlidir.

Rəbbindən qorxaraq titrəyənlər, Rəbbinin ayələrinə iman gətirənlər, öz Rəbbinə tay qoşmayanlar, Rəbbinin hüzuruna qayıdacaqlarından ürəkləri qorxaraq vermələri lazım olanı verənlər, məhz onlar yaxşı işlərdə yarışarlar, o yolda irəli keçərlər.” (Muminun 57-61)

Uca Allah`ın dünya və axirətdəki nemətləri hər kəsə çox çatacaq qədər bol və bərəkətlidir. O halda dəvətçi Ondan istəməli, dəvətin bərəkətli olması üçün Allahın ona bəxş etdiklərindən Onun yolunda xərcləməlidir. Unutmayaq biz lazım gəldikdə əynindəki paltarını, son yeməyini belə hədiyyə edən və beləcə könülləri fəth edən bir Peyğəmbərin ümmətiyik. Dəvətçi hər zaman fədakar olmağı bacarmalıdır.

“(Xeyirli bir işdə Yorul), boş qaldığında (başqa bir) xeyirli işə yönəl. Ancaq Rəbbinə üz tut.” (İnşirah  7-8)

Ayədən anlaşıldığı kimi Allah təalə müsəlmanların boş vaxt keçirməmələri, dünya və axirət üçün daima xeyirli işlərlə məşğul olmasını istəməkdədir. Çünki boş vaxt keçirmək dəvətçini xeyirli əməllər işləməkdən məhrum etdiyi kimi, şəhvət, dedi-qodu, söz gəzdirmək kimi bir çox günah və fəsadlara da yol açmaqda, dəvətçini əsas məqsədi olan dəvətindən uzaq salmaqdadır.

Düşünəsiniz deyə Allah sizə ayələrini belə açıqlamaqdadır.” (Bəqərə 242)

Din, ağıllı insanlar üçündür. Əqli cəhətdən zəif olanlar isə dinin öhdəliklərindən məsul deyillər. Quran, bir çox ayədə ağlı istifadə etməyi əmr edir. Ayələrdə davamlı olaraq əql etmək feili hərəkət qəlibində istifadə edilmişdir. Çünki Quran, sabit ağlı deyil, funksional (işlək) ağlı ön plana çıxarar. Həyat Kitabımız, ağlı işlədəcək dəlillərlə doludur. Bu səbəblə dəvətçi; Uca Allahın Quran və Kainat kitabındakı ayələrini oxuyub düşünərək, ağlını gümrah tutmaqla mükəlləfdir. Dəvətçi həmçinin dəvət zamanı şəxsin xaraketirinə bələd olmalı, zaman, məkan və istifadə edəcəyi cümlələrini düzgün və yerində işlətməlidir.

Məqalənin bəzi hissələrinin hazırlanmasında suffagah.com saytına istinad edilmişdir.