Skip to main content


Dəvət zamanı problemlərə toxunmaq

Əgər bir yerdə böyüklərə ehtiram, kiçiklərə rəhmət yoxdursa dəvətçi bundan danışacaqdır. Əgər bir yerdə zülm varsa dəvətçi mütləq bu haqda söz edəcəkdir və ona qarşı Quran və sünnətdən dərmanlar təqdim edəcəkdir.

Bil ki, əziz qardaş İslam dəvətçisi cəmiyyətin qayğılarına göz yuman və fərdin ruhu ilə məşğul olan xristyan missioneri deyildir. İslam dəvətçisi bilir ki, fərdin ruhu bir maye isə cəmiyyət bir qabdır. Əgər maye nə qədər gözəl olsa belə, qab xarabsa tökülüb gedəcəkdir. Və axıra o xarab qab qalacaqdır. Dəvətçi qardaşım gör peyğəmbərlər nə dedi:

Lutu da göndərdik. Qövmünə dedi ki, siz sizdən əvvəl aləmdə heç kəsin etmədiyi o murdarlıqla məşğulsunuz? Siz qadınları qoyub kişilərə yaxınlaşırsınız? Yox, siz azğın bir tayfasınız......(Zariyat 31-37).

Bu misallar çoxdur... Quranda və sünnətdə.... Elə isə bu nümunələrə tabe ol....!!!!!