Alternativ mədəniyyət təqdim et
Doğrudan da nə edirsən et, nə danışırsan danış heç bir şeyi dəyişə bilməzsən. Əgər sən bu gün cəmiyyətdə mövcud olan mədəniyyətə alternativ bir mədəniyyət təbliğ edə bilmirsənsə, danışdıqların faydasızdır. Səninlə eyni əqidəndə olanlar belə, bəzən öz əqidəsinə tamamilə zidd həyat tərzi ilə yaşayır və həmin insanlar öz vəziyyətlərindən razıdırsa, deməli, sözün bitdiyi yerdəyik. Mədəniyyət məişətdə, küçədə olduğu kimi incəsənətdə, şeirdə, ədəbiyyatda, nitqdə də olmalıdır. İslam mədəniyyəti isə Azərbaycan dilinə ərəb ,fars və yaxud türk sözlərini daxil etməklə yaranmır. Mədəniyyət öz əqidənin çərçivəsində həyatdan estetik zövq almaqla yaranır:
1. Ona görə müsəlman yazıçı islam mədəniyyətinə uyğun üslubda yazmalıdır.
2. Müsəlman iş adamı islamın ticarət mədəniyyətini yaşamaqla kifayətlənməməli, həm də ətrafa işıq kimi saçmalıdır.
3. Müsəlman ictimai-siyasi xadim Islamın ictimai-siyasi fikirlərini, mədəni nitq üslubunu və ya müraciət tərzini yaşamalı və yaşatmalıdır.
4. Müsəlman bir abid adətən modern dövrün dərvişi olmalıdır.
5. .......................................
Bu siyahını uzatmaq olar.
Mən düşünürəm ki, ölkəmizdə İslam mədəniyyəti müzakirələri aparılmalı və bunlar adət etdiyimiz formatda olmamalıdır. Necə ki,Türkiyədə, ərəb ölkələrində Islam əsaslı , həmçinin yerli adətləri də nəzərə alıb həyatını ona uyğun quran müsəlmanlar vardır, bizdə də Islam əsaslı Azərbaycan müsəlmanlarının mədəni tipi, estetikası, hətta ev tikmə, dizayn etmə, toyları təşkil etmə formatı olmalıdır.
Dostlar bilir ,Azərbaycanda müsəlman toylarında söhbətlər arası islami məzmunlu nəşidlərdən istifadə edilməsinin təşəbbüskarı olmuşam. Və illər əvvəl bunu iki toyda etmişəm. Sonra gördük ki, əlhəmdulillah , alınır.Eyni zamanda ola bilər ki,kimsə bu təşəbbüsü bəyənməsin.
Azərbaycanda ölkəmizin müsəlmanlarının özlərinəməxsus ortaq mədəni həyat tərzi formalaşmalıdır.