ALLAH kimdir
Bəs bu gözəllik və əzəməti Yaradan varmı və o kimdir?
Əlbəttə ki, içinizdən və indiyə qədər bildiklərinizdən nəticə çıxardıb belə cavab verəcəksiniz - onları Allah yaratdı.
O zaman bu möhtəşəmlikləri Yaradan bizi də yaratmadımı?
Əlbəttə ki, bizi də dağları, ayı, günəşi və dənizi, gördüyümüz və eşitdiyimiz, görmədiyimiz və eşitmədiyimiz hər şeyi Yaradan Allah yaratdı. Bunu bildik nə gözəl! Bəs biz heç özümüzə sual verdikmi və dərin dü- şün dükmü?
Allah kimdir?
Allah biz də daxil olmaqla hər şeyin və hər kəsin yaradıcısıdır. .
Elə isə, hər şeyi yaradan Allah haradadır?
Yaradılışımız bizə belə deyir: “Ucalıq Allaha məxsusdur”. Ona görə yaratdıqlarına qarışmaz və məxluqatın bitdiyi, bizim dərk edə bilməyəcə- yimiz halda Allah səmanın üzərində, arşın üzərindədir. Yəni yaratdıqları- nın fövqündədir. Bunun bir sübutu da odur ki, biz dua edərkən əllərimizi yuxarıya doğru açar, qəlbimizdə ucalıqla əlaqə qurarıq. Ancaq bununla yanaşı biz bilirik ki, Ucalığı ilə yanaşı Allah hər zaman öz el mi ilə bizimlədir. Bizim nə etdiklərimizi bilir. Onun biliyi heç kimin biliyinə bənzəməz. O, biliyini heç kimdən almaz, biliyində qüsur olmaz, hər kəsə o öyrədər.
Belə sifətlərə sahib olan Allah yaratdıqlarını xəlq etdi və daha heç nəyə qarışmadımı?
Xeyr, Allah bütün kainatı və onun içərisində olan hər şeyi idarə edir. Sular onun əmri ilə axar, günəş onun əmri ilə çıxar, ağacların yarpaqlarından bir yarpaq belə yerə düşməz – əgər Allah istəməzsə.
Belə olan təqdirdə Allahın tayı bərabəri varmı, yoxsa O birdirmi?
Bəli, Allah tayı bərabəri olmayan təkdir. Bu o demək deyil ki, Allahı saymaq olar. Xeyr, Allahdan başqa Onun kimi olan yaradan, yaşadan, xəlq edən, idarə edən və digər sifətlərə (xüsusiyyətlərə) sahib olan yoxdur. Bir də önəmli olduğuna görə təkrar edək,
Allahın şəriki varmı?
Xeyr Onun heç bir şəriki yoxdur. Bu o deməkdir ki, Ondan qeyri hər kəsin oxşarı, yardımçısı, bənzəri və köməkçisi, tayı və həmcinsi vardır. Yardımçısı, oxşarı, bənzəri və yardımçısı, şəriki olmayan Allahın atası, anası ola bilərmi?
Xeyr. Onun atası, anası olmaz. Onun buna ehtiyacı yoxdur. Çünki, Allah yaratdıqlarını qanunlarına tabe edər. O, əzəli və əbədidir. Əvvəldir, Ondan öncə heç nə yoxdur. Axırdır, Ondan sonra da heç nə yoxdur. O, na qisliklərdən uzaqdır. O, nə doğmuş, nə də doğulmuşdur.
Allahın oğlu, qızı varmı?
Xeyr, hər bir məxluq Allahın quludur. Onun qıza və oğula ehtiyacı yoxdur. Çünki, Onun nə varisə ehtiyacı vardır, nə darıxar və nə də qocalar ki, övlad yardımına və xidmətinə ehtiyacı olsun.
Biz Allahı görə bilərikmi?
Əgər Allahı bu dünyada görmək istəyiriksə bu mümkün deyildir. Ancaq Qiyamət günü və Cənnətdə möminlər Allahı görəcəklər. Bu görmə haqqında çox təfsilata getməz, Quran bizə bunu xəbər verdiyi üçün iman edərik.
Allah bizi görürmü?
Əlbəttə, çünki, biz bildik ki, O, hər şeyi bilir və həmçinin görür. Onun görməsi bizim görməmizə bənzəməz. Allah hər şeyi və hər kəsi görür. Onun görməsinə mane olan heç nə olmaz. Onun görməsi mükəmməl və bənzərsizdir.
Elə isə bizim həyatımızı və dünyanın işlərini idarə edən Allah deyilmi?
Bəli, Allah idarə edir. Buna görə Allahdan başqa bizim Rəbbimiz və Sahibimiz yoxdur. Hər kim nəyə sahibsə bu Allahın ona verdiyi mü vəq qə ti sahiblikdir. Əgər Allah bizi yaratmış, yaşadır, qidalandırır, ehtiyac ları mı zı ödə yirsə və idarə olunmağımız, əvvəl və sonumuz Onun əlində isə biz Allah üçün kimik?
Biz Allahın qullarıyıq. Amma bu qulluq digər qulluqlara bənzəməz. Əgər insan insana qul olduğu halda qəlbi sıxılırsa, Allaha qul olmaq insanın qəlbini rahatladar. Çünki, Onun sahibi başqasına bənzəməz, zülm etməz, verdiklərinin əvəzini istəməz. Bütün bunları bildikdən sonra bizdə bir sual yaranar - Allah bizi niyə ya ratdı? Allah bizi yaratdı ki, biz Ona ibadət və itaət edək. Allah Quranda deyir ki: “Mən cinləri və insanları Yalnız Mənə ibadət etmələri üçün yaratdım.”1
İbadət əbd – qul sözündəndir. Bir qul isə nə edərsə etsin daim Sahibinin razı qalmasını istəyər. Onun üçün daim Sahibinin nədən razı qaldı- ğını öyrənər. Bu zaman öyrənək görək Sahibimizin ilk razı qaldığı və bizi mükafatlandırmaq üçün bütün əməllərimizi onun sayəsində qəbul etdiyi şey nədir? Bu tövhiddir, gənc müsəlman qardaşım və bacım. Allah ona sarılanları, ona əməl edənləri, ona çağıranları sevər və mükafatlandırar. Rəbbimizin ən gözəl mükafatı isə Öz razılığıdır.
Allahı razı saldınsa bil ki, səni qəm və kədər üzməz.
Qaynaq
1 Zariyət surəsi 56-cı ayə