Skip to main content


Peyğəmbəri sevdiyinizi göstərən 7 əlamət

Peyğəmbər salləllahu əleyhi və səlləm bizi hər dəfə öz dualarında xatırlayırdısa, sən necə onu sevməyə bilərsən ki? Peyğəmbər  salləllahu əleyhi və səlləm bizim özümüzdən daha çox bizim haqqımızda qayğılanırdı; o bizi özümüzdən daha çox sevirdi. Muhamməd peyğəmbər  salləllahu əleyhi və səlləmi sevdiyimizi özümüzə və başqalarına deyə bilərik, lakin gəlin bunun öz üzərimizdəki bəzi əlamətlərə uyğun olub-olmaması ilə yoxlayaq və isbatlayaq:

1. Ona oxşamaq və onun kimi olmaq

Ətrafımızdakı insanların özünü geyimi ilə, saç düzümü ilə, davranışı ilə, danışığı ilə tanınmış idmançılara, kino ulduzlarına və digər məşhurlara oxşatmasını tez-tez görə bilərik.  Yəqin ki, Peyğəmbərimiz  salləllahu əleyhi və səlləmi sevməyimizin ən böyük əlaməti, bizim həyatımızı onun həyatına oxşatmağımızdır. Məşhur aforizmdə deyilir ki, “Sizin əməlləriniz sizin sözlərinizdən daha uca danışır”. Beləliklə də, əgər siz Peyğəmbər  salləllahu əleyhi və səlləmi sevdiyinizi iddia edirsinizsə, onda sizin Onu təqlid etməyiniz iddianızın əsaslı olduğunu göstərəcəkdir. Bununla demək olar ki, siz nə qədər səmimi və düzgün şəkildə Peyğəmbər  salləllahu əleyhi və səlləmin hərəkətlərini təqlid edirsizsə, o qədər də sizin ona sevginiz böyükdür.

Yəqin ki, ən böyük problemlərdən biri də, imanı güclü olan şəxsin mənəvi dəyişikliyə uğrayarkən, Peyğəmbər  salləllahu əleyhi və səlləmin sünnətini bəzi sahələrdə qoruyub tətbiq etməyə çalışmasıdır. Lakin bununla yanaşı da Peyğəmbər salləllahu əleyhi və səlləmin tərzinə tamamilə laqeyd olmasıdır. İmanın bir parçası da Peyğəmbər salləllahu əleyhi və səlləmin yolu ilə getməkdir. Bununla da, əgər siz Allah Rəsulunu təqlid etmək istəyirsinizsə o zaman fiqhi məsələlərlə yanaşı onun davranış tərzini özünüzdə təcəssüm etdirin.

Fəaliyyət bəndi: Özünüzdən soruşun:

Mənim qərarlarım Peyğəmbər  salləllahu əleyhi və səlləmi təqlid edən müsəlmanı əks etdirirmi? Valideynlərimlə, həyat yoldaşımla, cəmiyyətin üzvləri ilə, rəhbərliyimlə və mənə tabe olan işçilərlə, müsəlmənlarla və müsəlman olmayanlarla necə davranıram?

2. Onun həyatını öyrənmək

Siz kimisə sevəndə o insanın fərdi hərəkətlərini, dediklərini və həyat tarixçəsini öyrənirsiniz. Səhabələrdən çoxu uşaqlarını lap erkən yaşlarından, digər fənnlərdən əvvəl Peyğəmbər salləllahu əleyhi və səlləmin həyatı haqqında öyrətməyə çalışırdılar.

Hər bir müsəlman bacardığı qədər Peyğəmbər salləllahu əleyhi və səlləmin həyatını, onun mərhəmətini, sevgisini, şəqfətini, fədakarlığını, danışığını, ədəbli davranışığını, ümmət haqqında qayğısını, Uca Allah`ın sözlərini insanlara çatdırmaq üçün hansı çətinliklərlə qarşılaşdığını öyrənməlidir. Peyğəmbərin həyatı (sira) mövzusunda kitabların oxunması və yaxud video dərslərə baxılmasını tövsiyyə edirik.. Lakin hər kəs ən azından bu əsasların öyrənilməsinə çalışmalıdır.

Bir insanı sevirsinizsə onu necə öyrənməkdən yan keçə bilərsiniz? Bir çoxumuzun bu sualı cavabladırmağımız lazımdır və həqiqət ondan ibarətdir ki, Peyğəmbər  salləllahu əleyhi və səlləmi nə qədər çox seviriksə, o qədər də onun həyatını araşdırmağa həvəsli olacağıq. Danılmaz fayda ondan ibarətdir ki, onun həyatının araşdırılması bizim ona sevgimizi artıracaq.

Fəaliyyət bəndi: Əgər “Fiqhu`s- Sira” (Peyğəmbərin həyat metodu) mövzusunun əsaslarını hələ araşdırmamısınızsa o zaman, ailənizlə və yaxud tək olaraq buna başlayın. Əgər araşdırmısınızsa o zaman daha yuxarı mərhələyə keçin.

3. Onun çatdırdığını öyrənmək

Muhamməd Peyğəmbər  salləllahu əleyhi və səlləm Allah təalanın insanlara ən böyük hədiyyəsi olan Quranla göndərilmişdir. Beləliklə, Peyğəmbər  salləllahu əleyhi və səlləmi sevməyimizin bir əlaməti də onun təbliğ etdiyini anlamaq, həyata keçirmək, öyrənmək, ona istinad verməkdir. Quran hər bir zülmət üçün nurdur, hər xəstəliyə dərmandır, hər səhifəsi bir çarədir və o bizə Peyğəmbər  salləllahu əleyhi və səlləm vasitəsi ilə bizim bu və bundan sonrakı həyatımızda səadatəmiz üçün çatdırılmışdır.

Fəaliyyət bəndi: Az miqdarda olsa da belə gündəlik olaraq Quran oxuyun və burada davamlılıq əsasdır. İstinadlarınıza təfsirlə əlaqələndirin, daha ətraflı anlayış, konsentrasiya və tətbiq etməniz olsun.

4. Ona salavatın göndərilməsi

“Allahummə salli alə Muhamməd” deyilməsi Allah`dan sevimli Peyğəmbərimiz üçün onun üzərinə salamatlıq və mərhəmətin göndərilməsini istəməkdir və siz hər dəfə bunu deyərkən Allah təala də sizin həyatınıza on qat mərhəmət və şəfqət göndərər. Peyğəmbərimiz salləllahu əleyhi və səlləm buyurmuşdur: “Kim mənim üçün bir dəfə salavat gətirsə, Allah bunun sayəsində ona on dəfə salavat gətirər!” (Muslim)

Onu da deyək ki, hər dəfə salavat göndərərkən Peyğəmbər salləllahu əleyhi və səlləmə təhkim edilmiş mələk sizin dualarınızı ona çatdırır. Peyğəmbər salləllahu əleyhi və səlləm buyurmuşdur: “Doğrudan da, Allah`ın yer üzünü gəzib-dolaşan mələkləri vardır ki, ümmətimdən mənə salam çatdırırlar!” (Nəsai) Nəhayət nə qədər çox salavat göndərsəniz qiyamət günündə də ona o qədər yaxın olacaqsınız.

Fəaliyyət bəndi: Səhər və axşam 10 dəfə salavat gətirməyə özünüzü alışdırın və çalışın ki, bu vərdişi artırasınız, ələxsus da onu yad edəndə və onun adı çəkiləndə. Peyğəmbər salləllahu əleyhi və səlləm buyurmuşdur: Xəsis o kəsdir ki, yanında anıldığım zaman mənə salavat gətirmir!” (Tirmizi)

5. Onun sevdiklərini sevmək

Buna həftənin birinci və dördüncü günləri (bazar ertəsi və cümə axşamı) oruc tutmaq, gecə namazı, nafilə ibadətlər, misvak istifadə etmək və ya ağ geyim geyinmək kimi sünnətlər daxildir. Buna həmçinin onun nəvələri Həsən və Hüseyni, qızı Fatiməni, Əlini, Əbu Bəkri, Öməri, Osmanı, zövcəsi və möminlərin anası Aişə radıyallahu anhəni, digər bütün ailə üzvləri və səhabələri kimi insanları sevmək də aiddir.  Allah onların hər birindən razı olsun! Bu onu sevdiyini iddia edənlər üçün çox yaxşı göstəricidir. Çünki, onun sevdiyi insanlar haqqında yalanlar uyduran və bu yalanlara inanan azmış tayfalar vardır.

6. Onu xatırlamaq və onunla olmağı arzulamaq

Siz kimisə sevəndə, onun haqqında çoxlu düşünürsünüz. Peyğəmbər  salləllahu əleyhi və səlləmi nə qədər çox sevsəniz ona doğru o qədər çox yönələcəksiniz, ona çox yönəldikcə onunla Cənnətin ən yüksək mərtəbəsində qovuşmaq üçün daha çox dua edəcəksiniz.

Fəaliyyət bəndi: Gündəlik dualarınıza Peyğəmbər salləllahu əleyhi və səlləmlə bir yerdə olmağı da daxil edin.

7. Onu sevməyə və təqlid etməyə digərlərini də təşviq etmək

Bir insanı sevməyinizin əlamətlərindən biri də digər insanların bu insan haqqında bilməyini istəməyinizdir. Xüsusilə də bu insan sizə yegənə xilas və səadət vasitələrini verəndə. İnsanları əyləncələrə, istirahətə təşviq etmək çox asandır. Biz mənəvi cəhətdən böyüyəndə isə bəzən digərlərini də buna təşviq etməyi unuduruq. Mömin şəxs o şəxsdir ki, digərələrinə də Peyğəmbər salləllahu əleyhi və səlləmin həyatını öyrənməyə təşviq edir və bu da Peyğəmbər salləllahu əleyhi və səlləmi sevməyin ən aydın əlamətlərindən biridir.

Bu yazi gencmuslim.net saytindan goturulmusdur. (Məqalə orijinalın müxtəsəridir)