Skip to main content


Bizim millətin..

Ay nə gözəldir həyasi, ari bizim millətin,

Çıxır gözlər önündə şalvarı bizim millətin.

 

Vaxt var idi dinimizə qarşi biz heyran idik,

Ərəblərin zamaninda əsli müsəlman idik,

Kim ki, günah işləyirdi biz ona düşman idik,

Çox əfsus dəyişdi ruzigari bizim millətin.

 

Moda adıynan bədənini hamya edir nümayiş,

Sonra pozulur ictimai və əxlaqi asayiş,

Valideyin qürur duyur, göstərərək nəvaziş,

Gör nələrdi fəxri, iftixari bizim millətin.

 

Igidlər oylağı şəhər utanmadi, soyundu,

Salmadı keçmişinə nəzər, utanmadı, soyundu,

Ar eliyib zərrə qədər utanmadı, soyundu,

Mərkəzi Tarqovidə tən yarı bizim millətin.

 

Çadra, hicab olub bizdə qədimdə əvvəlindən,

Həm də papaq vardı başda, qilinc asılı belindən,

O günə qalıb ki, daha şalvarı gedir əlindən,

Kaş bu qalaydı əynində bari bizim millətin.

 

Bilirsən nə zaman biz bu siyasəti yeritdik?

Haçan ki, Avropa ilə can deyib, can eşitdik,

Yavaş yavaş mənəviyat duygularını əritdik,

Gedir üzü Cəhənnəmə sarı bizim millətin.

 

Hər yabanci mədənyəti mənimsədik, bəyəndik,

Soyuna-soyuna soyuq dəydi qəlbən də xəstələndik,

Təkəbbürlük eyliyərək özümüzə çox güvəndik,

Dağlarina yağdı güclü qari bizim millətin.

 

Moda çıxardanlar edir bu milləti idarə,

Çoxusu tabe olur üzdəniraq verən qərarə,

Ya Rəbb Öz'ün eylə bu millətin dərdinə çarə,

Özgələrindədir ixtiyari bizim millətin.

 

Diqqət eyliyin camaat bir hədisə, hikmətə,

Kim özünü bənzədərsə hansısa bir millətə,

O da onlardan sayılır, adam gəlir dəhşətə,

Versin hidayətini ulu Tanri bizim millətin.

 

Abdullah Qilinc