Skip to main content


Yeni il


Yeni il gəldi, geyin tazə pasanoşkaları,
Gedirik karnavala, xodda qarə çeşkaları.
 
Birgə qeyd etmək üçün xaçlıların bayramını,
Yayırlar hər tərəfə fəxarətlə reklamını,
Bulanar qəlbin, əgər görsən oranın ortamını,
Yığılıbdır şəhərin hər fasonda çuşkaları.
 
Ehtiras duygularına sadiq olub şaxta baba,
Çıxıbdı çərçivədən, fasiq olub şaxta baba,
Görünür ki, bu yaşda aşiq olub şaxta baba,
Cəm edib ətrafina əcaib devuşkaları.
 
Kəzzabdi şaxta baba, çünki hamiya yalan deyir,
Faytona maral qoşub, göylə uçub asan deyir,
Xeyli dağlar aşmışam hətta uzun zaman deyir,
Vurasan başına-başına iri-iri kartoşkalari.
 
Gərgindi bu millətin hali, fəqir həm füqara,
Camaat tapmayir ki, pul, evinə çörək apara,
Bunlarsa yolka qurur, uzunluğu çatır hara,
Pul tökürlər bir ətək almağa iqruşkaları.
 
Partladir balaca uşaqlar əllərində zırpaket,
Kimisinin əldə fişəng, kimisinin də əldə raket,
Kimisinin yoxdu pulu, sadəcə eyləyir balet,
Qorxudur blokdan çixan qoca babuşkaları.
 
Yaşlılar da sevinir adi cavannan da betər,
Mey süzür badələrə Petrov, Ivannan da betər,
Bayrami qeyd eliyir xristiyannan da betər,
Yeni ildə heç bucür sevinmiyir başqaları.
 
Həmi atəşpərəstdi novruza hörmət eyliyir,
Həm xristiyan kimi yeni ilə rəğbət eyliyir,
Həm  də  ki, müsəlmandi, Haqqa ibadət eyliyir,
Görəsən var bularin neçə dənə abloşkaları?
 
De görüm harda qaldı əqidəmiz, mənliyimiz,
Hər dosta dostluğumuz, düşmənə düşmənliyimiz,
Keçrilirsə düşmənlə bərabər bu şənliyimiz,
O deməktir veririk düşmənə paddeşkaları.
 
Abdullah Qilinc