Övladımı necə anlayım
Hal-hazırda dünyamız insanların etdiyi şüursuz hərəkətlərin səs-sədası ilə doludur. Siyasət, iqtisadiyyat, sosial media, əylən- cə, texnologiya və digər sahələrdəki inkişaf göstəriciləri davamlı olaraq diqqət cəlb etmək üçün bir-biri ilə yarışır. Ancaq bundan daha vacib olan məsələ isə odur ki, onlar bizim qəlblərimizi nara- hat etmək üçün az qala yarışırlar. Müasir cəmiyyətdə insanlara istehlakçı gözüylə baxılır. Belə bir mühitdə dinimiz də bir əyləncə formasına salınmağa çalışılır. Mənliyimizi bir müştəri rejiminə alət etməyə çalışırlar. Bir vaxtlar mənəvi liderlər kimi arxasınca getdiyimiz şəxslər bir də görürsən ki, şan-şöhrət sahibi şəxslərə çevriliblər. Ümmət bir yandan kimlik böhranı yaşayarkən, digər tərəfdən zorakı qruplar daimi olaraq İslamın universal imicini zədələyirlər. Sarsıdıcı zorakılıq hərəkətləri ilə xəbər başlıqlarını zəbt edən bu qruplar dinlərindən xəbərsiz gənc müsəlmanları öz sıralarına cəlb edir.
Krizis və böhranın bu səviyyəyə çatdığı bir dövrdə bizim mənəvi dəyərlərə əsaslanan bir həyat yaşamağımız çətin məsələdir. Peyğəm- bərimiz (s.a.s) bizə “dinin nəsihət olduğunu” – “Dinin səmimi nəsihət vermək olduğunu” öyrətmişdir. Fikir dağınıqlığı və mənfi auranın yayıldığı bir dövrdə müsbət xatırlatmalar mənəviyatımız üçün çox mühümdür.
Numan Əli Xan tərəfindən tərtib olunan bu xatırladıcı dərslər toplusu yaşadığımız bu fikir ayrılığı zamanında mühüm töhfə hesab oluna bilər. Numanın xatırladıcı dərsləri birbaşa qəlbə toxunur, bizi Allah qarşısındakı öhdəliklərimizə biganə yanaşmamağa çağırır, həyatımızı perspektivli şəkildə nizama salmaq üçün tövsiyələr verir. Müasir mədəniyyət bizə ölümü həzzin sonu kimi təqdim edir, dinimiz isə ölümü həqiqi həyatın başlanğıcı olaraq təqdim edir. Biz bu dünyada müvəqqəti olaraq yaşayırıq. Bu dünyadakı həyatımız bir tərəfdən müvəqqətidir, digər tərəfdən isə Allahın bizə Cənnəti nəsib etməsi üçün saleh əməlləri edə biləcəyimiz bir fürsət məkanıdır. Müəllif fərddən tutmuş dünyaya kimi bir çox sahələri əhatə edən mövzulara toxunur. Əsər hər biri iki və ya üç xatırlatma olan beş hissədən ibarətdir. Mövzulara ibadətlərimizdə Allaha yaxınlaşma, düzgün dua etmə qaydalarıdan, həyat yoldaşımız, dost və qohum-əqrəbamız haqqında nə üçün əsla pis zənn etməməli olduğumuz haqqında şəxsi mövzulardan, Quranda keçən müxtəlif peyğəmbərlərin həyatından, qız uşaqlarına qarşı müsəlman cəmiyyətlərinin qəbul edilməyən davranışlarına kimi cəmiyyətin yaralı nöqtələrinə daxildir.
Ümid edirik ki, bu əsər müsəlmanların qəlblərini aydınladaraq, böyük sosial öhdəlik və Allahın varlığının dərk edilməsi istiqamətində onların dünya görüşlərini zənginləşdirəcək və müasir dünyada elm mənbəyi olmaq üçün müsəlmanları həvəsləndirməyə kömək edəcək.