Skip to main content


Ərəblərin soy kökü

Qəhtanilər təmiz və saf qanlı ərəblər, Ədnanilər isə “mütə’ərribə”, yəni sonradan ərəbləşmişlər hesab olunurlar. Ərəblərin bir qismi məskunlaşmış, mədəni yəni şəhərli (mədinə ərəb dilində şəhər deməkdir), bir qismi isə bədəvi yəni köçəri ərəblər idi. Ərəb cəmiyyəti orta əsrlərdə qəbilə-oymaq sisteminə sahib idi. Qəhtanilər-Kəhlan, Xuzaə, Əzd adlanan qəbilə birləşmələrinə bölünürdülər. Bu qəbilə birləşmələri də öz daxilində onlarla qəbilə, əşirət və oymağa bölünürdülər.