Skip to main content


Faydalı dərslər 12 − “İşləyirəm vaxtım yoxdur” deyənlərə

Bu böyük ayənin sirriylə, insanın bu dünyaya göndərilməsinin hikməti və qayəsi; Kainatın Xaliqini tanımaq və Ona iman edib, ibadət etməkdir. Həmçinin insanın yaradılış vəzifəsi və boynunun borcu, Onu tanımaq, Ona iman etmək, və Onun rızası üçün addımlamaqdır.

İnsanın ruziyə çox ehtiyacı olduğu üçün, ruzi qazanmaq bəhanəsini, Allah`a qulluğa maneə hesab edib özünə bir bəhanə gətirməməsi üçün bu ayədə deyilir: “Sizlər ibadət üçün xəlq olunmusunuz! Sizin yaradılışınızın nəticəsi Onu tanımaq, Ona yönəlməkdir! Ruzi qazanmaq isə gündəlik ehtiyaclarımızı qarşılayaraq Allah`a daha da yaxınlaşmaq üçün  bir vasitədir”.

Allah təala bu ayə ilə sanki bunu demək istəyir: “Mənim məxluqatımın, ruzilərini öhdəmə götürdüyüm sizlərin, ailənizin və heyvanlarınızın ruzisini bəxş etmək, Mənə aiddir. Siz Mənə aid olan ruzi və qidanı toplamaq üçün yaradılmamısınız. Çünki Rəzzaq (ruzi verən) Mənəm! Siz bunu bəhanə edib ibadəti tərk etməyin”.

Bəli, biz hər bir insanın vətəni uğrunda mübarizə aparan, vətəninin keşiyində duran bir əsgər olduğunu düşünək. Bu zaman əsgərlərin bütün qayğıları qarşılanır ki, onların heç bir problemi olmadan ancaq vətənin müdafiəsini düşünsünlər. Buna görə də, ərzaqını təmin etmək üçün əsgərliyə aid vəzifəsini tərk edib ticarətlə məşğul olan bir əsgər vəzifəsindən kənara çıxmış olar. Bu baxımdan, insanın Allah`a qarşı qulluğu onun əsl vəzifəsidir. Günahları tərk etmək isə təqvasıdır. Nəfsə, şeytana və düşmənlərə qaşı durması isə cihadıdır.

Bəli, madam ki, həyatı verən Odur,  bu həyatı qoruyacaq ləvazimatı da O verəcəkdir. Allah həyat üçün lazım olan hər bir şeyi Yer Kürəsinin anbarında yaradıb cəm etdikdən sonra, o ərzaqın toplanmasını və sair işlərini insana etdirər ki, insana bir məşğuliyyət, bir əyləncə olsun və insanlar təmbəllik, avaralıq əzabından qurtulsunlar. Yəni işləyib dolanışıq qazanmaq önəmlidir, müsəlman özü və ailəsinin ehtiyaclarını qarşılamaq üçün təbii ki, işləməlidir. Allah Rəsulu-salləllahu əleyhi və səlləm: “Başqasına möhtac olmamaq möminin üstünlüyüdür” deyir. Müsəlman dünyasını təmin etməsi üçün çalışacaq, lakin eyni zamanda bu işini bəhanə edib namazdan, Qurandan uzaqlaşmamalıdır, vaxtım yoxdur deməməlidir. Qurani Kərimdə buyurulur: “Allahın sənə verdiyindən özünə axirət qazan (malını Allah yolunda sərf et). Dünyadakı nəsibini də unutma”.(Qasas 77) Yəni balansı gözləməyə çalış.

Ey insan! Ana rəhmində ikən, körpə ikən səni ləziz ruzilərlə bəsləyən Allah, sən həyatda qaldıqca o ruzini verəcək, Buna Əmin Ol!!! Bax: Hər bahar mövsümündə yer üzündə yaradılan ruzi növlərini kim yaradır və kimlər üçün yaradır? Bağçalara gedib budaqlarda sallanan meyvələri qoparıb yemək zəhmət ola bilərmi? Sən ruzi qazanmaq üçün evdən çıxırsan və getdiyin yerdə ruzini sənə yönəldən də Allah`dır. Bunu unutma! Lakin O sənin həyatını ancaq gecə-gündüz ruzi axrasınca qaçıb sonra “ibadətə vaxtım və imkanım yoxdur” deməyinə əsla razı olmaz!

Xülasə: Allah`a yönəl, Ondan işlərində bərəkət istə və Ona daim ibadətlə şükr et ki, hər iki dünyada xoşbəxtliyə çatasan.