Skip to main content


Quran qarşısında insanın 4 halı

Birincisi sinif; Quranı haqqı ilə oxuyanlardır.

ٱلَّذِينَ ءَاتَيۡنَٰهُمُ ٱلۡكِتَٰبَ يَتۡلُونَهُۥ حَقَّ تِلَاوَتِهِ
Kitab verdiyimiz kəslər onu layiqincə oxuyurlar. (əl-Bəqərə, 121)
Bu sinif insanlar Quranı davamlı oxuyub, dərk edib, həyatlarına tətbiq edərək ona dəvət edərlər.

İkinci sinif; Ondan bacardığını oxuyarlar.

فَٱقۡرَءُواْ مَا تَيَسَّرَ مِنَ ٱلۡقُرۡءَانِۚ
Qurandan sizə asan olanı oxuyun! (Muzəmmil, 20)
Bu sinif insanlar da Qurandan bacardığı qədər oxuyub, anlayıb, yaşamağa çalışarlar.

Üçüncü sinif; Ona qulaq asanlar.

وَإِذَا قُرِئَ ٱلۡقُرۡءَانُ فَٱسۡتَمِعُواْ لَهُۥ وَأَنصِتُواْ لَعَلَّكُمۡ تُرۡحَمُونَ
Quran oxunduğu zaman onu dinləyin və susun ki, bəlkə sizə rəhm olunsun. (Əraf, 204)
Quran elə bir kitabdır ki onu dinləmək belə ibadətdir. Bu sinifdəki insanlar da Quranı başqalarından dinləyərək anlayıb tətbiq edərlər.

Dördüncü sinif; Onu tərk edənlər.

وَقَالَ ٱلرَّسُولُ يَٰرَبِّ إِنَّ قَوۡمِي ٱتَّخَذُواْ هَٰذَا ٱلۡقُرۡءَانَ مَهۡجُورٗا

Peyğəmbər: “Ey Rəbbim! Qövmüm bu Quranı tərk etdi!”– deyəcək. (Furqan, 30)
Bu sinifdəki insanlar isə Quranı qəbul etsələr də onu tərk edib heç oxumadan ondan uzaq qalanlardır.

Bəs sən hansı sinifdənsən?