Skip to main content


Həyatınızdakı dörd dost tipi

1- Qida hökmündə olan dostlar
Bu cür dostlardan gecə və ya gündüz olsun, günün hər vaxtı tamamilə uzaq qala bilməzsən. İnsan necə ki, yeməyə olan ehtiyacını ödədikdən sonra ayrılar, onlardan da eynilə ehtiyac ödənmədən ayrılmaz. Ehtiyacı olduqda isə yenidən onlarla birlikdə olar. Bu beləcə davam edər. Bu insanlar qızıldan daha dəyərlidirlər. Bunlar Allah`ı, onun əmrlərini, düşmənin hiylələrini, qəlb xəstəliklərini və müalicə yollarını bilən kəslərdir. Həmçinin Allah üçün, kitabı üçün, Rəsulu üçün və insanlar üçün səmimi davrananlardır.
- Bu insanlarla bərabər olmaq, onlara qoşulmaq, qazanmaq deməkdir.


2- Dərman hökmündə olan dostlar

Bu cür dostlar isə xəstəlik anlarında onlara ehtiyac duyulan kəslərdir. Sağlam olduğun müddətdə onlara ehtiyac hiss etməzsən. Yaxşı yaşayış, ehtiyacın olan münasibətlər, ortaq fəaliyyətlər və məsləhət almaq üçün onlara ehtiyac hiss edərsən. Onlar sənin üçün  xəstəliyində ehtiyacın olan dərman kimidirlər.

- Onlara qoşularaq ehtiyacın olanları aldıqdan sonra ayrılarsan.

3- Xəstəlik hökmündə olan dostlar

Bunlar axirət və dünya ilə bağlı heç bir faydası olmayan insanlardır. Eyni zamanda həm dünya həm də axirətlə bağlı və ya bunlardan biri ilə bağlı zərər verərlər. Onlarla birlikdə olmaq, onlara qoşulmaq ölümcül xəstəliyə yoluxmaq kimidir. Onlardan bəzisi ilə birlikdə olmaq diş ağrısına bənzəyir ki, iztirabı şiddətlidir. Lakin, uzaqlaşdıqda ağrıdan əsər əlamət qalmaz. Onlardan bəziləri ilə birlikdə olmaq insanı məyus edər. Çünki, onlar doğru düzgün danışmağı da bacarmırlar ki, söhbətləri ilə sənə faydalı olsunlar. Susmağı da bacarmırlar ki, sənin söhbətlərindən fayda götürsünlər. Danışdıqlarında sözləri dinləyənlərin qəlblərinə çəkic kimi dəyər. Halbuki, onlar özlərinin danışdıqlarını çox bəyənirlər və bundan xoşbəxtlik hiss edərlər. Allah`ın əmr və qadağalarına zidd yaşayan insanlarla birlikdə olmaq, ruh üçün atəşli bir xəstəlikdir. Dünya həyatının əziyyətlərindən biri də belə insanlardan biri ilə imtahan edilməkdir.

- Bu cür insanlarla yaxınlıq etməyə məcbur olan kəs Allah ona bir çıxış yolu göstərənə kimi onunla yaxşı dolanmağa çalışsın.

4- Zəhər hökmündə olan dostlar

Bu tip dostlar isə, əgər onlara qarşı zəhər əleyhinə dərman olarsa nə gözəl, əks halda Allah o kəsin sonunu xeyirli etsin! Belə insanların sayı çoxdur. Allah onların sayını artırmasın! Bunlar Allah Rəsulu salləllahu əleyhi və səlləmin sünnətindən uzaqlaşdırıb, əksinə hərəkət edən bidətçi və azğın kəslərdir. Onlar, Allah yolundan uzaqlaşdıran və onu əyib büzmək istəyən zalımlardır.

- Bidəti sünnət, sünnəti bidət, mərufu münkər, münkəri də məruf kimi göstərməyə çalışanlardır.

Əziz qardaşım, ətrafına göz gəzdir, bax gör ətrafında olanlar kimlərdir. Səni öz xəstəlikləri ilə xəstələndirənlər, zəhərləri ilə zəhərləyənlər yoxsa öz faydalı qidaları ilə qidalandıranlar və dərmanları ilə sənin xəstəliklərinə dəva olanlar? Bununla bağlı Allah təala buyurmuşdur: “Ey iman gətirənlər! Allah`dan qorxun və doğru olanlarla olun!” (Tövbə 119)

(Mənbə: İbn Qayyim/Nəfs Tərbiyəsi)