Skip to main content


Dindarların ictimai borcu

Dindarların bir ictimai borcu vardır. Bunun başında yaxşılığı əmr edib pis əməllərdən çəkindirmək gəlir. Rəbbimiz kitabında bu ümməti insanlar üçün və ya insanların içərisindən çıxarılmış ən xeyirli ümmət adlandırır (Ali-İmran, 110).

Elə isə dindarın ictimai borcu xeyir nümunəsi olmaqdır. Bunu hər yerdə fərdi ibadətləri etməkləmi edər? Təbii ki, yox. Çünki fərdi ibadət bizim Allaha verdiyimiz hesabatlardır. Cəmiyyəti bizim davranışımız maraqlandırır. Davranış isə boynu bükük robotlar kimi gəzmək və nəzakətli danışmaq deyildir. Davranış- ictimai əxlaqımızda Allahı güstərə bilməkdir. Bəs ictimai əxlaq nə zaman üzə çıxır?
 -Bir dindar müdir, işçilərinə haqqını verəndə. Onları minib özü dünya nemətləri içərisində üzməyə çalışmayanda, bir dindar işçi işinə məsuliyyət ilə yanaşanda və müdirin mərhəmətini sui-istifadə etməyəndə.
 -Bir dindar ər evində qadınına və uşaqlarına qarşı şəriət ədalətini təmin edəndə, arvad-uşaq onu hirsləndirərkən onun var-yoxunu söyməyəndə və ya kobudluq etməyəndə.
 -Rəsulullahın s.a.s, səhabə və Əhli-beytin sadə həyatından danışan dəvətçi sadəliyini miniyində, evində və geyimində göstərə biləndə, yoxsa üstündə geyimlə və altındakı maşında firon kimi görsənməyəndə.                                                                                                -Ədalətli olmağa, mərhəmətli olmağa çalışanda.
 -Qəfil yaranan hər hansı bir situasiyada səs tonu və sifəti dəyişməyəndə.
 -Nə qədər vəzifəsi qalxsa da sadə insanlara, kasıblara qarşı xüsusi ilə gözəl sözlü olanda, səsini onlara yüksəldib, yuxarıdan aşağı baxmayanda.
 -Yalnışını görüb ona nəsihət edən qardaş-bacısına qarşı nəfsi qabarmayanda.

Rəsulların əksəriyyəti insanları bu cür davranışlarla dəvət etmiş, günlərini sadəc ateist vəya müşriklərlə münaqişəyə həsr etməmiş, onlara qısaca demiş və keçmişlər. Bir dindarda zəngin belə olsa lüksa aludəlik, həyatını yalnız iş-karyera üzərinə qurma, cinsiyyətcil yanaşma ilə gündə arvad dəyişmə, uşağın dünyasına dinindən çox əhəmiyyət vermək və bir sözlə, “Halıilə dünyaya ibadət varsa”,
O ictimai borcunu yerinə yetirmir....

özəl qələmdən...