Skip to main content


Hər addımıyla örnək olan Hz. Əbubəkr

 

Hz Əbubəkr

İslamdan öncəki həyatı

Teymoğullarındandır – bu qəbilə Məkkədə qan davalarında hakimlik edir. Əsl adı Abdullah bin Osmandır . Əbu Bəkir dəvə balasının atası deməkdir. Məkkədə olan ən zəngin və ən  yaxşı tacirlərdən biridir. Nəsil alimidir yəni Məkkədə kimin hansı soydan olduğunu ən yaxşı bilənlərdəndir. Heç vaxt şirkə düşməmişdir və iman edən ilk kişidir. Peyğəmbərimizlə ilk dəfə HILFILFUDUL deyilən Məkkəyə gələn tacirlərin haqqlarının qorunması üçün yaradılan təşkilatda tanış olub. Həmin vaxt Peyğəmbərimiz s.a.s 20, Hz Əbubəkr 18 yaşında olub .

İman etməsi :

Peyğəmbərimizə ilk ayələr enəndən sonra Məkkədə bu haqda söz söhbətlər yayılır, həmin vaxt Hz Əbubəkr Taifə ticarətə getmək üçün hazırlıqlar görür və bu söhbətlər ona da gəlib çatır . Peyğəmbərimizin s.a.s yanına gələrək onunla görüşür və  sorğu-sualsız iman edir .

İslamdan sonrakı həyatı

Bir gün Məkkədə peyğəmbərimiz s.a.s və müsəlmanlar dəvətlə məşğul olarkən müşriklər onlara hücum edir. Utbə Bin Muayd adlı müşrik Hz Əbubəkrin üzünə altı mismarlı ayaqqabısı ilə gücü tükənənə qədər vurur. Hz Əbubəkr özündən gedir və Teymoğulları araya girir, Əbubəkri evinə aparırlar. Əbubəkr r.a özünə gələn kimi “Rəsulallah necədir?” deyə soruşur. Qohumları əsəbləşərək səni ona görə bugünə qoyublar, sən hələ də onu soruşursan, deyib evi tərk edirlər. Əbubəkr r.a ürəyi sakit olmur, “Rəsulallah hardadır?” deyə soruşur. Bu zaman Ümmü Cəmil içəri girir və Rəsulallahın darul erkamda olduğunu demək istəyir, lakin Əbubəkrin r.a anası müsəlman olmadığı üçün deməkdən çəkinir. Əbubəkr r.a işarə edərək danışa biləcəyini deyir. Cəmil Rəsulullahın yaxşı olduğunu deyir. Axşam Hz Əbubəkri darul Ərkama aparırlar, peyğəmbərimiz s.a.s onu görəndə ağlamağa başlayır və onun üzünü cübbəsi ilə silir. Əbubəkr r.a yaxşı olduğunu deyir və rəsulallahdan qapının ağzında duran anasının iman etməsi üçün dua etməsini istəyir. Peyğəmbərimiz s.a.s əllərini açıb dua edir və əli enməmiş Əbubəkrin anası Ümmül Xayr iman edir .

Evlilikləri

4 dəfə evlənmişdir .

1 Küteyle bin Abdüluza ilə evlənmişdir, ondan olan uşaqları – oğlu Abdullah, qızı Əsma. İman etmədiyinə görə onu boşamışdır.

2.Ümmü Ruman bint Amr ilə evlənmişdir, ondan olan uşaqları - oğlu Abdurrahman , qızı Hz Aişə


Abdurrahman Əbubəkri r.a çox məyus etmişdir, 21 il iman etməmişdir. Uhud və Bədr döyüşündə müşriklərin tərəfində olmuşdur. Məkkənin fəthindən sonra həm oğlu Abdurrahman, həm də Əbubəkrin atası Əbu Kuhafe iman edir.  İman etdikdən sonra birgün atasına,- mən səni Bədrdə gördüm amma yolumu dəyişdirdim, deyir . Hz Əbubəkr, -amma mən səni görsəydim boynunu vurardım, deyir. İman etdikdən sonra oğlu Huneyn və Taif mühasirəsinə qatılır. Taifdə boğazından ox zərbəsi alır və Mədinəyə gətirilir, orada şəhid olur. Hz Əbubəkrin xəlifəlik dönəmində yanına Taifdən biur qrup elçi gəlir, onlarla söhbət edərkən oğlunu şəhid edən oxu çıxardır və oxun ustasının kim olduğunu soruşur. Sad bin Ubeyd onun oxlarından olduğunu deyir. Hz Əbubəkr o gün sənin oxun oğlumu öldürdü, o şəhid oldu, bəs əksi olsaydı, o səni öldürsəydi, sən imansız məhv olardın . Şükür ki, belə oldu. O şəhid oldu, sən isə müsəlman oldun.

  1. Əsma bint Ümeys ilə evlənmişdir. Uşaqları – oğlu Muhəmməd
  2. Həbibə bint Haricə ilə evlənmişdir. Uşaqlar – Ümmü Gülsüm

 Əbubəkrin r.a dəvəti

Hz Əbubəkr cümə günü iman etmiş və şənbə günü Zübeyr bin Avvamı, bazar günü Tahla bin Ubeydullahı, bazar ertəsi Sad bin əbu Vaqqası və Abdurrahman ibn Avfı , çərşənbə axşamı Səid bin Zeydi , çərşənbə günü Əbu Ubeydə bin Cərrahı dəvət etmişdir. Bu səhabələrin hər biri Cənnətlə müjdələnmişdirlər .

Rum Surəsi

Farslar xristianları məğlub edir və xristian ordusu darmadağın olur. Müşriklər belə deyirdi: Bu farslar bizim kimi kitaba və dinə  inanmırlar, amma xristianlar bu müsəlmanlar kimi bir kitaba inanırlar. Farsların xristianları məhv etdiyi kimi biz də müsəlmanları darmadağın edəcəyik, deyib müsəlmanlara lağ edirlər. Bundan sonra Darul Ərkamda dəvət illərində Rum surəsi nazil olur və qısa müddətdə xristianların farsları məğlub edəcəyi bildirilir. Əbubəkr ayədən sonra müşriklərin yanına gedib xristianların 3 il sonra farsları məğlub edəcəyinə, 10 dəvədən onlarla mərc edir və gəlib bunu Rəsulallaha s.a.s  deyir. Rəsulallah ona ili 9 il, dəvənidə 100 etməsini istəyir. Əbubəkr bunu müşriklərə deyir və yenidən mərc edirlər. Bədr döyüşü ərəfəsində, Bizans Farsları məğlub edir və 100  dəvə sədəqə olaraq kasıblara paylanır .

Merac məsələsi

Peyğəmbərimiz s.a.s merac hadisəsini insanlara danışır, bunu fürsət bilən Əbucəhl insanlar arasında onun məcnun olduğunu yaymağa çalışır, amma peyğəmbərimizin Məkkəyə gələn karvan haqqında dediyi hərşey düz çıxdıqdan sonra çarəsiz qalır və Hz Əbubəkrin yanına gedib ona olanları danışır. Əbubəkr r.a Muhəmməd s.a.s deyirsə doğrudur, deyir. Bu hadisəsən sonra peyğəmbərimiz s.a.s ona Sıddıq ləqəbini verir. Sıddıq doğru danışan deməkdir .

Hicrət

Peyğəmbərimiz hicrət haqqında qərar verdikdən sonra ilk Əbubəkrin evinə gəlir və ona birlikdə hicrətdə yoldaş olacaqlarını bildirir. Əbubəkr sevincindən ağlayır. Hz Aişə anamız: o vaxtadək bir kişinin o qədər ağladığına şahid olmadım, deyir. Hz Əbubəkr peyğəmbərimiz s.a.s ilə Sevr dağına gedir və 3 gün onunla birlikdə orada qalır . Qızı Əsma 3 gün onlara ərzaq gətirir.

Təbuk döyüşü

Təbuk döyüşündə ordunu  təchiz etmək lazım olur. Peyğəmbərimiz s.a.s: “Kim müsəlman ordusuna cənnət qarşılığında yardım edər“, deyir.  Hz Ömər malının yarısını götürüb Rəsulallahın yanına gəlir və infak etmək istədiyini deyir. Peyğəmbərimiz s.a.s evə nə saxladığını dedikdə malının yarısını saxladığı deyir. Sonra içəri Hz Əbubəkr gəlir və malını infak etmək istədiyini deyir . Peyğəmbərimiz s.a.s evə nə saxladığını dedikdə, Əbubəkr r.a “Allah və Rəsulunu” deyir.  Ömər r.a Əbubəkrə: “Sən xeyirdə keçilməz bir insansan, ey Əbubəkr” deyir

Peyğəmbərimizin vəfatı  

Peyğəmbərimiz s.a.s ömrünün sonlarında evində ağır xəstə yatır və bir gün camaat namazı qıldırmağa taqəti olmadığından: Əbubəkrə söyləyin, namazı qıldırsın, deyir və bir müddət keçir namazın qılınmadığını bilib, yenidən: Əbubəkrə söyləyin namazı qıldırsın, deyir. Hz Aişə anamız: “ya Rəsulallah, atamın ürəyi zəifdir, ağlamaqdan qıldıra bilməz, bəlkə Ömər qıldırsın” dedikdə, Rəsulallah etiraz edir və Əbubəkrin qıldırmasını istəyir . Peyğəmbərimiz s.a.s xəstə olduğu zamanlarda Əbubəkr bir neçə dəfə namazı qıldırır və bunların birində peyğəmbərimiz də s.a.s  namaza qoşulub onun arxasında namaz qılır. Peyğəmbərimizin vəfat etdiyini eşitdikdə onun evinə gəlir, Hz Ömərin əlində qılıncla “kim Muhəmməd öldü desə onu bu qılınca doğruyaram” dediyini görür , evə girib peyğəmbərimizn aldından öpüb: “Ya Rəsulallah, sağ ikən də gözəl idin, öldükdə də gözəlsən” deyir daha sonra çölə çıxıb: “Kim Muhammədə ibadət edirdisə bilsin ki, Muhəmməd öldü, kim onun Allahına ibadət edirsə, bilsin ki, Allah əbədidir”. Hz Əli peyğəmbərimizin bədənini yuyur və onun hara dəfn olunacağı danışılır. Əbubəkr: mən ondan eşitmişəm ki , “bir peyğəmbər öldüyü yerə dəfn olunur” deyir və Rəsulallah Aişə anamızla yaşadığı evinə dəfn olunur .

Xəlifə seçimi

Peyğəmbərimiz s.a.s vəfatından sonra Əbubəkr, Ömər, Əbu Ubeydə xəlifə seçilməsi üçün toplanan heyətin içində olur. Əbubəkr xəlifə olaraq Ömər və Əbu Ubeydəni təklif edir. Ömər r.a Əbu Ubeydənin əlindən tutaraq onun namizədliyin irəli sürür . Əbu Ubeydə bu vəzifyə ən çox peyğəmbərimizin həcc əmiri təyin etdiyi Əbubəkrin r.a layiq olduğunu deyir və ona beyət edir. Sərvətini sədəqə verdiyi üçün xəlifə olduqdan sonra pulu qalmır və dolanmaq üçün Mədinədə süd sağır. Ömər r.a Əbu Ubeydə bin Cərraha bu işin belə olmayacağını bildirir və Hz Əbubəkrə orta gəlirli bir insanın qazancı qədər maaş verilməsi qərarına gəlirlər. Əbubəkrə r.a o puldan artıq qalanını bir saxsıya yığır, öldükdən sonra o saxsı Ömərə r.a çatır, Ömər onu açır və verilən maaşın çox hissəsinin orada olduğunu görür və: Ey Əbubəkr, bizə yaşanıla bilməyəcək bir müsəlmanlıq qoyub getdin, deyir.