Skip to main content


Xovf üzərinə məsh çəkmək

Həsən əl-Bəsri demişdir: “(Xovf üzərinə) məsh haqqında söz və fel olaraq yetmiş nəfər rəvayət etmişdir”.

Bu şərtləri aşağıdakı kimi sadalaya bilərik;

1. Xovfları dəstəmazlı ikən geyinmək.

Buxari (203) və Müslim (274) Muğira ibn Şubə radiyallahu anhın belə dediyini rəvayət etmişlər: “Gecələrin birində Peyğəmbər salləllahu əleyhi və səlləm ilə səfərdə idik. Mən tuluqdan onun üçün su tökdüm. O (əvvəlcə) üzünü, sonra qollarını yudu və başına məsh çəkdi. Daha sonra mən onun xovflarını ayağından çəkib çıxarmaq istədim. O buyurdu: “Qoy qalsın. Mən onları dəstəmazlı ikən geyinmişəm”. O xovfların üstündən məsh çəkdi”.  

2. Geyinilən xovfların ayaqların dəstəmaz alınarkən yuyulması vacib olan yerlərini (yəni topuq daxil olmaqla) örtməsi.

3. Həmin xovfları geyindikdən sonra ayaqqabı geymədən onlarla yerimək mümkün olması.