Skip to main content


Fərz et ki, öldün. - Bir anlıq ölümlə üzləş!

Bir anda hansısa səbəbə görə öldün. Ancaq hələ də özündəsən, sadəcə bədənin hərəkət etmir. Ətrafını görə bilirsən, amma müdaxilə edə bilmirsən. Səni bir xərəyə qoyub xəstəxanaya gətirirlər. Həkim başının üstündə dayanır və sənə baxır, sən isə qorxursan. İki nəfər morq işçisi səni götürür, liftə minir və mənfi ikinci mərtəbəyə düşürür. Morqa girirsən və səni normal xərəydən dəmir xərəyə uzadırlar. Çılpaq olduğuna görə o dəmirin soyuğu səni ürpətməyə başlayır. Morqun soyuqluğu fərqlidir. Qoxusu yoxdur. Çünki dünya bədəninin qoxusunu belə istəmədiyi üçün morq hazırlatdırıb. Çünki dünyanın artıq səninlə heç bir işi qalmıyıb. Səni çoxdan aldatmış və alacağını çoxdan almışdır. Tam iki gün buz kimi bir yerdə təkcə gözləyirsən, qorxursan. Sonra qapını açıb səni balaca bir tabuta qoyurlar. Tabutun içində çox kəskin taxta qoxusu var. Ancaq sıxıntı hələ davam edir. Çünki daha öncə heç vaxt belə dar bir yerə girməmisən. Nəfəs ala bilmirsən. Səni cənazə maşınına mindirirlər. Qəbirstanlığa yola düşürsən. Yaxınların, anan, atan, yoldaşın, övladın – hamısı səni gözləyir. Diqqət edin, o gün heç kim rəngli geyinməyib. Çünki bu gün sənin günündür. Səni gördükləri zaman azacıq da olsa duran bu göz yaşları bir anda leysan kimi axmağa başlayır. Cənazə yuyulan yerə səni aparırlar. İlıq su ilə yumağa başlayırlar. Mürdəşirlərin işi bitən kimi kənara bir vedrə su qoyub yaxınlarını çağırırlar. “Ölünü görə bilərsən” – deyirlər. Qızın, yoldaşın, anan, atan gəlirlər. Əlini öpüb, saçlarını sığallayırlar. Əllərinə su alıb ağlaya-ağlaya üstünə tökürlər. Sonra səni qurulayırlar. Artıq nəfəs almamaq vaxtıdır. Hər yerin hərəkət edə bilməyəcək şəkildə kəfənlənir. Ağappaq olursan. Sonra da səni dərin bir qəbirə qoyurlar. Ürpərirsən. “Mən burada yaşaya bilmərəm!” – deyirsən. Ancaq boşuna çırpınırsan. Heç bir yerə sığmayan o bədənin dərin bir çuxura sığdırılır. Üzərinə taxtaları düzməyə başlayırlar. Sonra isə ən acı anı yaşayırsan. Səni ən çox sevən insan sənin üzərinə ilk torpağı atır. İşin maraqlı tərəfi isə, bu etdikləri işin savab olmasıdır. O, arxasınca qaçdığın dünya indi səndən qaçır, hətta səni tez bir şəkildə basdırır. İllərdir arxasından qaçdığın malın və mülkünün artıq səninlə heç bir əlaqəsi qalmayıb. Yəni aldadıldın. Sonra sevdiklərin oranı bir-bir tərk edir. İmam da duanı oxuyub getdikdə yalnız qalırsan. Bir neçə dəqiqə öz-özünə ağladıqdan sonra axşam olur. Qorxudan partlayacaq ödün belə yoxdur. Günahkar olaraq yaşamısan və təbii ki, buna görə də qorxacaqsan. Dünyada bir Allah var imiş kimi yaşadınmı ki, indi də Allaha sığınmaq istəyirsən?! Ətrafda işıq yoxdur. Hər yer qap-qaranlıqdır. Səs yoxdur. İndi səndən gözünü yummağını istəyirəm. Ağlamaq istəyirsən, ancaq ağlaya bilmirsən. Qışqırmaq istəyirsən, ancaq qışqıra bilmirsən. Qəbirdən çıxmaq istəyirsən, başını tam qaldırdıqda görürsən ki, oradan da çıxış yoxdur. Nə olacağından xəbərsizsən. Çünki bu günə kimi ölümü heç düşünmədin. Sonra bir səs gəlir. İki mələk yanına gəlir. Bu dünyada necə yaşamısansa, onlar da o formada gəlir. Günahkar kimi yaşadınsa, onlar sənə nifrət dolu addımlarla gəlirlər. Qaça bilmirsən. Üstünə gəlirlər. Günahlarını gördükcə daha çox qorxursan. Və elə bir sual verirlər ki, dünyada olsan asanlıqla cavab verə bilərsən, ancaq burada dilin tərpənmir. “Mən Rabbukə” – “Rəbbin kimdir?” Allah demək istəyirsən. Amma deyə bilmirsən. Vaxt biraz da keçir və ümidlərin də artıq tükənir. Və sənə “Mən Rabbukə”, demək ilə başlayır hər şey, amma hər şey bununla da bitmir. “Rəbbimdən əfv diləyəcəm məni ona aparın” deyirsən, yalvarırsan və qəbul edilir, Allah dərgahına aparılırsan. Amma Allah səni gördüyü zaman: “Sənə hər şey vermədimmi, neçə dəfə yardım göndərmədimmi? Hanı o tapdıqların gəlib səni qurtarsınlar. Səndən çox mu şey istədim? Səni bir an belə yalnız buraxmadım. Amma sən bir anını belə mənə ayırmadın. Götürün. Cəhənnəm atəşinə”. Min il yandı, elə ki, qıpqırmızı oldu. Sonra min il daha yandı. Elə ki bəyazlaşdı. Sonra min il də yandı. İndi o qapqara və qaranlıqdır!
Və cəhənnəmin qapısı sənin üçün açılır. İndi çağır, pulqabındakı pul gəlsin və səni qurtarsın. Hanı tapındıqların, çağır onları! Ordularını çağır, saraylarını, güvəndiyin nə varsa çağır! Qüdrətə qarşı çıxa bilən varmı? Sən söylə… Və artıq o qaranlıq atəşin içinə gir. Səni gözləyirlər. Dünyada yığdığın mallar, mülklər burada atəş olaraq səni gözləyir. Gir artıq. İndi sual verirəm, qardaşım/bacım. Sənə bəyəm daş daşı dedilər? Namaz qıldığın üçün səni döydülər mi? Baş örtünü mü çıxardılar? Səni rəzilmi etdilər? Yoxsa bir baş örtün belə yoxdur? Kişiliyinmi imkan vermədi namaz qılmağa? 5 vaxt namaz qılmaqmı çox ağır gəldi sənə? Bir təsəttür çoxmu gəldi? Yemək yemədən dura bilmirdin, elə isə al sənə istədiyin qədər tikanlı ot. Yeyə bilərsən. Boğazına tikanlarmı dəydi? Nəfəs ala bilmirsənmi? Susadınmı? Al, sənə qaynar sular. Üzünə yaxınlaşdırdığın zaman üzünü yandıran sular. İçə bilərsən. Mədəni parça-parça edən irinləri iç. Bağır, kim eşidəcək?! Yenə davam edim mi qardaşım/bacım? Xeyr! Danışmağıma belə dayana bilmədin. Bu hadisələr Cəhənnəmin dırnağı belə deyil. Buna belə dayana bilmədin. Sənə sual verirəm, qəbirə girdiyin zaman səni nə qurtaracaq, qardaşım/bacım? “Fə eynə təzhəbun” – hara gedirsən?”.
Ən son nə vaxt namaz qıldın? Burada belə səni tərlədən atəşin hesabını orada necə verəcəksən? Sən hələ soyutma yumurtanın qabığını belə soya bilmirsən. Nə qədər aciz olduğunu görmürsən mi? Bəlkə də bu an belə ölə bilərsən, amma Allah səni hələ də tərk etmədi. Bu videonu izləmək əvəzinə tamamilə başqa bir yerdə də ola bilərdin. İzlətdirənə bax! Sən başı boş deyilsən. Bu videoya baxırsansa, demək ki, Allahın səninlə bağlı bir planı var. Dostum, keçmiş keşmişdə qaldı. Elə isə “Ya Allah!” söylə. Tövbə et. Elə indi Allaha yönəl!