Son Zamanlar


Son zamanlar bu zəmanə əhlinin arı gedir,
Mərifət duyğusunun yarı qalıb, yarı gedir.
 
Məzluma zülm eliyir bu dövranda zalimlər,
Qalıbdı bir qıraqda elmi bilən alimlər,
Özünnən hökm verir tazə çıxan hakimlər,
Düşərək şirkə Cəhənnəmə alova sarı gedir.
 
Çoxları bu İslama qarşı rəqabətdədilər,
Vurulub qəlbə möhür, sanki zəlalətdədilər,
Kimlər ki, yalanlar uydurur imarətdədilər,
Kimlər ki, haqqı deyir içəriyə icbari gedir.
 
Var adam qazanmaq üçün Firdovs Cənnətini,
Allaha fəda edir canını həm sərvətini.
Var adam topluyur ətrafına var-dövlətini,
Ağlayır nə var, nə var yevrosu, dolları gedir.
 
Elə bir şeydi ölüm hər kəsi caynağına alır,
Hər əməl nişanədir  bizlərə yadigar qalır,
Ömür əlimizdəki sərmayədi hər gün azalır,
Ötdükcə saniyələr bir hissə miqdarı gedir.
 
Bəsdi yatdın, gözüvü aç, ətrafa eylə nəzər,
Dinin uğrunda vuruş, əldə eyləyincə zəfər,
Bu müsəlmanlara heç yaraşmayır zərrə qədər,
Kimdənsə aslı qalır, əldən ixtiyarı gedir.
Abdullah Qılınc

Qeyd: Saytdakı paylaşımlardan istifadə edərkən mənbə olaraq Suffa.net göstərməyi unutmayın.

 

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün




Sosial Şəbəkə Səhifələrimiz


Hər gün bir yeni video paylaşdığımız Youtube kanalımıza abunə olmağı unutmayın..

Bundan əlavə bizi İnstagram, Facebook, Whatsapp və digər şəbəkələrdən də izləyə bilərsiz.